Bürclər - 4 NOYABR

04.11.2016 07:23     Sosreaksiya     1548

Qoç - yaxşı bələd olmadığınız insanların birindən təklif alacaqsınız. Təklifin gerçəkləşməsi sizinlə bahəm, həmin şəxsin özündən asılıdır. Sərvaxt olun, imkanları əldən verməyin.
 
Buğa - illüziyalardan qurtularaq real işlərlə məşğul olmağa başlayın. Verdiyiniz vədləri unutmayın. Ciddi məqsədləri müəyyənləşdirərək priorietlərdə yerdəyişmələr edə bilərsiniz. Xəyallara qapılmayın, realist olun.
 
Əkizlər - Önəmli insanların etibarından sui-istifadə etməyin. Günün ikinci yarısında yaşam arealı ilə çalışdığınız məkanda qayda yaradın. İlkin təəssüratlara aldanmayın.
 
Xərçəng - bilik, bacarıq və təcrübənizdən yararlanın. Bu gün əldə etdiyiniz yeni informasiya yaxın perspektivdə işlərin sürətləndirilməsinə əlavə təkan verəcək.
 
Şir - çalışdığınız insanlar arasında tam etibar edə biləcəyiniz şəxsi müəyyənləşdirin. Çətinliklərə rəğmən irəliləyin, iradəli olun.
 
Qız - təmasları daha intensiv edin. Axşam saatlarında ola biləcək yeni tanışlıq uzunmüddətli əlaqəyə çevrilə bilər.
 
Tərəzi -peşəkar fəaliyyətinizlə bağlı planların həyata keçirilməsi üçün əlverişli zamandır. İş yerində mühit əlverişlidir. Layihələrinizdən biri ilə rəhbərliyi tanış edə bilərsiniz.
 
Əqrəb - yeni işə sərmayə yatırmaq, anlaşma, müqavilənin imzalanması, danışıqlar üçün münasib zamandır. Maddi durumun yaxşılaşdırılması, gəlir mənbələrinin səbatlaşdırılması və daha çox pul qazanmaq üçün səyləriniz effektiv olmalıdır.
 
Oxatan - sizə yardım edənlə maneələr yaradanı ayıra bilin. Günün ikinci yarısında yanınızda olan şəxslərin heç də hamısı sizin yaxşılığınızı istəmir. Ehtiyatlı olun.
 
Oğlaq - dəqiq, ehtiyatlı, sayıq olun. Başladığınız işdə diqqətli çalışın ki, pis fəsadlara malik ciddi səhvlərə yol verməyəsiniz.
 
Dolça - maraqlarınızı qoruyarkən qohumlarınızı və yaxınlarınızı unutmayın. Hiyləgər, fəndgir olun. Təhlükəli rəqib və ya bədxahı üstələdiyinizi düşünsəniz də, belə deyil. Çünki qərarlarınız, niyyət və addımlarınız onlar üçün tam şəffafdır.
 
Balıqlar - ətalətli, süst olmayın. Fəallıq nümayiş etdirin. Qarşınıza qoyduğunuz məqsədə doğru sürətlə irəliləyin. Yaxın ətrafınızdakı insanlar sizə üz tutur, problemlərini "hədiyyə" etmək istəyirlər.
 

Şərhlər

Çox oxunanlar