Şəkidə 6 otaqlı ev yanıb

04.11.2016 21:21     Sosreaksiya     1215

Şəkidə vətəndaşa məxsus ümumi sahəsi 208 m2 olan ikimərtəbəli 6 otaqlı evin yanar konstruksiyaları yanıb.

Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, evə bitişik sahəsi 70 m2 olan köməkçi tikili yanğından mühafizə olunub. Yanğın saat 17:20-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Şərhlər

Çox oxunanlar