“Günəşli” yatağından neftçilər zəlzələ ilə bağlı təxliyyə olunub
05.11.2016 12:58 Sosreaksiya 1043
Ötən il dekabrın 4-də Xəzər dənizində baş vermiş təbii fəlakət zamanı “Günəşli” yatağında qəzaya məruz qalmış 10 saylı dərin dəniz özülündə təmir-bərpa işləri davam etdirilir.
Trend bu barədə SOCAR-ın saytına istinadən xəbər verir.
Məlumatda bildirilir ki, ötən gün - noyabrın 4-də təxminən saat 23 radələrində Xəzər dənizində baş vermiş zəlzələ nəticəsində özüldə silkələnmə müşahidə edilib, döşəmədəki dəmir lövhələrin bir neçəsində qaynaqdan qopmalar olub.
İşçilərin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə onların bir hissəsi təxliyyə olunub. Hadisə yerində ekspertlər tərəfindən texniki müayinə aparılıb, özüldə heç bir konstruktiv dəyişiklik müəyyən olunmayıb. Hazırda “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə təmir və istehsalat prosesləri ümumi rejimdə davam etdirilir.
Şərhlər