Müxalifət qəzetinə ikinci xəbərdarlıq: - Qəzet bağlanacaq...

23.07.2015 11:35     Sosreaksiya     3379

Rusya Federal Məlumat Texnologiyaları ve KİV - ə nəzarət şurası (Roskomnadzor), iqtidara müxalif məqalələri ilə məşhur olan “Novaya qazeta”ya, “qeyri – standart” üslubdsan istifadəyə görə yazılı xəbərdarlıq edib.

“Novaya İzvestiya” qəzetinin xəbərinə görə “Roskomnadzor”dan “Novaya qazeta” edilən yazılı xəbərdarlıqda qəzetdə yer alan bir yazıda söyüşdən istifadə olunduğu bildirilib.

“Roskomnadzor” “Novaya qazeta”ya keçən ilin oktyabr ayında da müraciət edərək KİV – in radikal fəaliyyətlər məqsədi ilə istifadə olunması ilə bağlı qanunu pozduğunu bildirərək xəbərdarlıq etmişdi.

Qəzetin ikinci xəbərdarlıqdan sonra bağlanma riski ilə üz – üzə qalacağı bildirilir. Qəzet rəhbərliyi qərara etiraz etməyə hazırlaşır.

Şərhlər

Çox oxunanlar