Beyləqanda “ZİL” avtomobili yandı
23.07.2015 11:40 Sosreaksiya 881

Beyləqan rayonunda “ZİL” markalı yük avtomobili yanıb.
Reaksiya.az xəbər verir ki, hadisə Bəhrəmtəpə-Mingəçevir yolunun 29-cu kilometrliyində qeydə alınıb.
Belə ki, vətəndaşa məxsus “ZİL” markalı yük avtomobilinin yanar hissələri və banına yığılmış 2,5 ton ot bağlaması yanıb.
Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Şərhlər