Nil çayında iki gəmi toqquşdu: 15 ölü

23.07.2015 11:51     Sosreaksiya     721

Misirdə Nil çayında böyük bir yük gəmisi ilə sərnişin gəmisi toqquşub.

Reaksiya.az xəbər verir ki, bu haqda məlumatı “haberler” saytı yayıb.

Paytaxt Qahirənin şimalında meydana gələn qəzada aralarında iki uşağın da olduğu ən azı 15 nəfər həyatını itirib.

Bu faktı Misir Daxili İşlər Nazirliyi təsdiq edib.

Hadisədən sonra axtarış elan edilib və 6 nəfər xilas olunub.

4 nəfərin isə hələ də itkin düşdüyü deyilir.

Misir polisi bildirib ki, yük gəmisinin kapitanı və kapitan müavini nəzarətə alınıb. 

Şərhlər

Çox oxunanlar