"Əsgər Ailələrinə Dəstək" ictimai birliyi - Bəyanat yaydı
09.11.2016 22:21 Sosreaksiya 1401
Bu gün "Əsgər Ailələrinə Dəstək" İctimai Birliyinin sədri Mətanət Əsgərqızı özünün "Facebook" hesabında bəyanatla çıxış edib. Bəyanatı olduğu kimi təqdim edirik:
"Bu gün Beynəlxalq Mətbuat Mərkəzində ermənilərlə keçirilən Mətbuat Konfransına buraxılmayan Qarabağ Azadlıq Təşkilatı üzvlərinə qarşı olan zorakılığı, xüsusilə qadın döyüşçülərə və şəhid ailəsinə qarşı polislər tərəfindən olan basqıları qınayır və etirazımızı bildiririk. Onları bura dəvət edənlərə isə deyirik ki, bu gün bayram etdiyimiz 9 noyabr Bayraq Günündə 3 ermənini Azərbaycana dəvət etməklə, şəhidlərimizin ruhunu incidiblər. Çünkü şəhidlərimiz o bayraq və torpaq uğrunda canlarından keçiblər".
Şərhlər