Millət vəkili Q.Paşayeva Dənizlidə Şəhid ailələri və Qazilər cəmiyyətlərini ziyarət edib - FOTOLAR
10.11.2016 17:51 Sosreaksiya 1438
Qarabağ parkı və Xocalı soyqırımı abidəsinin açılışı ilə bağlı Dənizlidə səfərdə olan millət vəkili Q.Paşayeva səfər çərçivəsində Şəhid ailələri və Qaziləri cəmiyyətlərini ziyarət edib. Türkiyənin şəhidi Azərbaycanın, Azərbaycanın şəhidi isə Türkiyənin də şəhididir deyən millət vəkili Q.Paşayeva bütün şəhidlərimizi hər zaman böyük sevgi və sayğı ilə yad edəcəyik deyib. Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları, Xocalı Soyqırımı, 20 mindən artıq şəhid olan insanlarımız barədə geniş məlumatlar verən millət vəkili Q. Paşayeva Azərbaycanda fəaliyyət göstərən şəhid ailələri, müharibəəlilləri, müharibə veteranları cəmiyyətləri barədə də danışıb. Hər iki qardaş ölkənin şəhid ailələri, müharibə əlilləri və müharibə qaziləri cəmiyyətləri arasında əməkdaşlığın genişlənməsinin önəmindən danışan millət vəkili Q.Paşayeva onları Azərbaycana dəvət edib. Azərbaycanı çox sevdiklərini deyən şəhid ailələri və qazilər cəmiyyətləri rəhbərləri və üzvləri hər an Azərbaycan torpaqlarının işğaldan azad edilməsi istiqamətində üzərimizə nə düşərsə etməyə hazırıq deyblər və böyük məmnuniyyətlə Azərbaycana gəlmək istədiklərini bildirərək dəvəti qəbul ediblər. Millət vəkilinin Azərbaycanın hər zaman qardaş Türkiyənin yanında olduğu ilə bağlı fikirlərinə isə biz də hər zaman qardaş Azərbaycanın yanındayıq və bunu oradakı qardaş-bacılarımıza söyləyin deyiblər. Millət vəkili Q. Paşayeva eyni zamanda terrorla və terror təşkilatları ilə mübarizədə şəhid olan insanlarımıza Allahdan rəhmət, sizə səbr, buradakı insanımıza bir daha belə acılar yaşamamasını diləyir, terroru və arxasında duranları isələnətləyirik deyib. Azərbaycanın erməni terrorundan çox əziyyət çəkdiyini xüsusi vurğulayan millət vəkili Q.Paşayeva o zaman Azərbaycan türklərinə qarşı terror törədənlər indi də müxtəlif terror təşkilatları içərisində Türkiyəyə qarşı cinayət və çirkin addımlarını davam etdirirlər, amma inşallah birlikdə bütün terrorçulara layiq olduqları cavabı verəcəyik, belə qəhrəman şəhidlərimiz onlara məqsədlərinə çatmağa heç bir zaman imkan verməyəcək deyib: “Azərbaycan olaraq, acınız acımız, üzüntünüz üzüntümüzdür. Allahdan şəhid olanlara rəhmət, yaralılara şəfa diləyirik. Terroru, onu təşkil edənləri, arxasında duran gücləri lənətləyirik. Azərbaycan bütün məsələlərdə, terrorla mübarizədə hər zaman Türkiyənin yanındadır”. Şəhid ailələri bu ziyarəti çox dəyərli hesab etdiklərini deyərək Azərbaycana, oradakı şəhid ailələrimizə də bizim salam və sevgilərimizi söyləyin deyiblər. Azərbaycanlı şəhid ailələrimizin şəhid övladları bizim də övladlarımızdır deyən şəhid ailələri bir millət və iki dövlət olan Azərbaycan və Türkiyənin güclənməsi üçün birliyimiz, bərabərliyimizin daha da gücləməsi ən böyük istəyimizdir deyiblər.
Şərhlər