Sabunçuda mətbəx alışdı, evi yandırdı

11.11.2016 17:31     Sosreaksiya     1340

Bakıda gündüz saatlarında yanğın faktı qeydə alınıb. Trend-ə Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, paytaxtın Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 40 m2 olan birmərtəbəli 2 otaqlı evin mətbəxində məişət əşyaları və 15 m2 sahədə tavan yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 15:43-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Şərhlər

Çox oxunanlar