Bu gün Azərbaycanda Konstitusiya Günü qeyd edilir.
12.11.2016 12:51 Sosreaksiya 1269
Bu gün Azərbaycanda Konstitusiya günüdür. Hazırkı Konstitusiya 12 noyabr 1995-ci ildə ümumxalq referendumu əsasında qəbul edilib.
Dövlətin əsas qanunu noyabrın 27-dən qüvvəyə minib. Artıq 21 ildir Azərbaycan noyabrın 12-ni Konstitusiya günü kimi qeyd edir.
Azərbaycanın Konstitusiyası 5 bölmədən, 12 fəsildən və 158 maddədən ibarətdir.
Konstitusiyaya 24 avqust 2002-ci ildə, 18 mart 2009-cu ildə və 26 sentyabr 2016-cı ildə referendum yolu ilə əlavə və dəyişikliklər edilib.
1996-cı il fevralın 6-da prezident Heydər Əliyevin sərəncamı ilə noyabrın 12-si Konstitusiya Günü elan edilib.
Azərbaycanda ilk konstitusiya məhkəmə nəzarəti orqanı olan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi isə 1998-ci il iyul ayının 14-də yaranıb.
Şərhlər