Qoşunların təmas xəttində erməni əsgəri öldürülüb

13.11.2016 17:49     Sosreaksiya     1102

Noyabrın 13-də Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ regionunda erməni əsgəri öldürülüb. "Report" erməni mətbuatına istinadən xəbər verir ki, 1995-ci il təvəllüdlü Vardan Arakelyan naməlum şəraitdə güllə yarası alaraq ölüb. İnsident qoşunların təmas xəttinin cənub istiqamətində qeydə alınıb. Hadisənin detallarının araşdırılması üçün təhqiqat aparılır.

Şərhlər

Çox oxunanlar