Günün qoroskopu

14.11.2016 00:06     Sosreaksiya     1679

Qoç - yaşam potensialının səviyyəsi yüksək olmasa da, aktiv və qətiyyətli olun. Xoşagəlməz situasiyanın yaranmasının qarşısını almaq istəyirsinizsə, ehtiyatlı davranın, sözlərinizdə səlis olun. Buğa - Səfərə və ya səyahətə yollanmayın. Səfər nəzərdə tutulan vaxtdan uzun, nəticələri isə münasib olmayacaq. Əmlakınızı qoruyun. Əkizlər - su və alov riskli vəziyyət yarada bilər. Mənfi təmayüllərin təsiri azaltmaq üçün ünsiyyətdə səmimi və gülərüz olun. Qaraqabaqlıq etməyin. Xərçəng - işgüzar müstəvidə çətinliklər ola bilər. Gəlirli sifvarişi əldən buraxmayın, ciddi maliyyə itkilərinə səbəb olacaq addımlar atmayın. Şir - işdəki münasibətlərdə sərinlik yarana bilər. Saymazyana və yekəxana davranaraq sizə sataşan insanın tərbiyəsizliyini cavabsız qoymayın. Qız - alınan məlumatı təhlil edin. Situasiyanı dəqiq qiymətləndirmək üçün baş verənləri anlamağa çalışın. Şəxsi münasibətlərdə vəziyyət pis deyil. Tərəzi - önəmli problemlər yaranmır. Kiçik çətinlikləri asanlıqla dəf edə bilərsiniz. Dəyər verdiyiniz insandan gələn xəbər əhvalınızı yaxşılaşdıracaq. Axşam saatlarında istirahət edin. Əqrəb - əsl hissləri və dostluğu heç nəyə məsul etməyən boş tanışlıqdan ayırın. Ətrafınızdakı insanlarla münasibətləri nizamlayın, emosiyalarınızda qayda yaradın. Axşam saatlarında yeni tanışlıq istisna deyil. Oxatan - səbrli olun, təmkinli davranın. Hadisələrin mövcud axarına süni müdaxilələrin nəticələrini əvvəlcədən təxminləməyə çalışın. İşdə tənbəllik etməyin. Bu gün istirahət və əyləncə zamanı deyil. Oğlaq - bilik və bacarıqlarınızı kritik vəziyyətdə nümayiş etdirin. İşdə rəhbərliklə təmaslarda problem olmayacaq. Qeyri-adi layihəni reallaşdırmaq və ya çoxdankı problemin həllini tapmaq şansları az deyil. Dolça - yaradıcı və yaşam potensialınız yüksəkdir. Peşəkar fəaliyyətdə inadkar, qətiyyətli olun. Sevdiyiniz insanın qəlbini qırmayın. Səy və vaxtınızı əsirgəməsəniz xüsusi əhəmiyyətə malik işdə uğura nail ola bilərsiniz. Balıqlar - imkalarınızı dəqiq qiymətləndirin, illüziyalara qapılmayın. Yaxın insanla münasibətlərdə harmoniyanı qoruyun. Etibar və xoş məramlar emosional durumunuza xoş təsir edəcək. Axşam saatlarında diqqətli olun, hisslərə qapılmayın.

Şərhlər

Çox oxunanlar