Nazir: “Mühəndislik Universitetinin yaradılması digər ali təhsil müəssisələrinin ləğvinə zəmin yaratmayacaq”

14.11.2016 11:42     Sosreaksiya     1300

“Bakı Mühəndislik Universitetinin yaradılması bu profilli digər ali təhsil müəssisələrinin ləğv edilməsinə zəmin yaratmayacaq. Bununla bağlı deyilənlər, sadəcə, şayiədir". 

APA-nın məlumatına görə, bunu təhsil naziri Mikayıl Cabbarovdeyib. Nazir bildirib ki, universitetin müvafiq maddi-texniki bazası yaradılacaq: “Ali məktəbə yeni rektor təyin olunacaq, tədris planları hazırlanacaq. 2017-2018-ci tədris ilində universitet tam həcmdə fəaliyyətə başlamalıdır”. 
 

Nazir əlavə edib ki, universitetə bina yer ayrılması ilə bağlı müzakirələr aparılır.

Şərhlər

Çox oxunanlar