Ermənistan 2016-cı ili iflasla başa vurur
14.11.2016 15:58 Sosreaksiya 1246
Bütün sahələrdə böhran yaşayan Ermənistan daha bir ili iflasla başa vurmaq üzrədir. İqtisadçılar 2017-ci ilin də ölkə üçün yaxşı heç nə vəd edilmədiyini proqnozlaşdırırlar. İflas nəticəsində işğalçı ölkədə miqrasiya prosesinin daha da sürətlənəcəyi gözlənilir.
Ölkədə bu ilin 9 ayında sosial-iqtisadi vəziyyətdə yaxşıya doğru dəyişiklik olmayıb. Əhalinin maddi gəlirlərində artım qeydə alınmayıb. Yaranan fərq nisbəti vətəndaşların sosial vəziyyətinin daha da ağırlaşmasına, onların ifrat yoxsulluq həddində yaşamasına səbəb olmaqdadır. Rəsmi dairələr də inflyasiya prosesinin nəzarətdən çıxdığını, vəziyyətin daha da ağırlaşdığını etiraf edirlər.
Ermənistan Milli Statistika Xidməti bildirir ki, qiymət artımı 33,8 faiz təşkil edir. İnsanların maddi gəlirləri bahalaşmaya adekvat deyil. İflas Ermənistan üçün qorxulu həddədir. İşğalçı ölkə daha bir ili problemlərlə başa vurur.
Siyasətçi Ruben Vardanyan “Lragir” qəzetinə verdiyi müsahibədə bildirib ki, hakimiyyət xalqdan oğurladığı pulları xaricdə sağa-sola səpir, ölkədə isə insanlar heç gündəlik ehtiyaclarını belə qarşılaya bilmirlər. Ekspert miqrasiya sahəsində də acınacaqlı vəziyyətin hökm sürdüyünü diqqətə çatdırıb. Qeyd edib ki, hakimiyyət vətəndaşların ölkəyə qayıtmaması üçün əlindən gələni edir.

Şərhlər