29 cinayət “isti izlər”lə açıldı

23.07.2015 13:46     Sosreaksiya     809

 

Dünən gün ərzində 62 cinayət faktı qeydə alınıb.

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 62 cinayət faktı qeydə alınıb, onların da 29-u “isti izlər”lə açılıb.

Reaksiya.az xəbər verir ki, bu haqda məlumatı Daxili İşlər Nazirliyinin saytı yayıb.

Məlumatda deyilir ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 10 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında 7 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 22 nəfər yaralanıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 7, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətdiklərinə görə 18 nəfər tutulub.

Şərhlər