Novruz Məmmədov: "Sabitliyə və təhlükəsizliyə təhdidlər az deyil”

17.11.2016 13:39     Sosreaksiya     1323

“Müasir beynəlxalq aləmdə sabitliyə və təhlükəsizliyə təhdidlər az deyil”.

 

APA-nın məlumatına görə, bu sözləri Azərbaycan Зrezident Administrasiyası rəhbərinin müavini, Xarici Əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov özünün “Twitter” səhifəsində yazıb. O, MDB-yə üzv ölkələrin təhlükəsizlik şuraları katiblərinin Moskvada keçirilən dördüncü iclasının çox mühüm məsələlərə həsr edildiyini bildirib: “Həqiqətən də müasir beynəlxalq aləmdə sabitliyə və təhlükəsizliyə təhdidlər az deyil. Düşünürəm ki, bu təhdidlərə qarşı birgə fəaliyyət, qanunvericiliyin təkmilləşdirilməsi, informasiya mübadiləsi və təhlükəsizliyi və digər məsələlər ətrafında müzakirələr çox faydalı oldu”.

 

Qeyd edək ki, noyabrın 16-da Moskva şəhərində MDB-yə üzv ölkələrin təhlükəsizlik şuraları katiblərinin dördüncü iclası keçirilib. İclasda Azərbaycanı Təhlükəsizlik Şurasının katibi, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, onun müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov və PA-nın Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov təmsil ediblər.

 
 
  • <a target="blank" data-cke-saved-href="mailto:?body=http://www.apa.az/xarici_siyaset/novruz-memmedov-muasir-beynelxalq-alemde-sabitliye-ve-tehlukesizliye-tehdidler-az-deyil.html&subject=Novruz%20M%C9%99mm%C9%99dov:" href="mailto:?body=http://www.apa.az/xarici_siyaset/novruz-memmedov-muasir-beynelxalq-alemde-sabitliye-ve-tehlukesizliye-tehdidler-az-deyil.html&subject=Novruz%20M%C9%99mm%C9%99dov:" sabitliyə="" və="" təhlükəsizliyə="" təhdidlər="" az="" deyil”"="" style="box-sizing: border-box; background: url(&quot;../images/sprite.png&quot;) -99px -219px no-repeat; color: rgb(51, 122, 183); text-decoration: none; padding: 20px 17px 20px 20px;">

 

Şərhlər

Çox oxunanlar