«Şəhid ailələri, Qarabağ müharibəsi veteranlarının, qaçqın və məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşması» mövzusunda layihə başa çatdı - FOTOLAR
17.11.2016 14:40 Sosreaksiya 1551
Şəhid ailələri, Qarabağ müharibəsi veteranlarının, qaçqın və məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşması mövzusunda Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə layihə həyata keçirildi. Layihə çərçivəsində Bakı şəhərində Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri ictimai birliyinin ofisində kompüter kursları təşkil olunmuşdur. Kursun açılışı ilə bağlı 18 may 2016-cı il tarixində ictimai birliyin konfrans zalında açılış olmuşdur. Bu günləri artıq kurs yekunlaşıb və bu kursda tədris olunan programları mənimsəyənlər buraxılış mərasiminə toplanmışlar.
Tədbirdə Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və şəhid ailələri ictimai birliyin sədri Mehdi Mehdiyev, MNTK-nın sədri Aris Məmmədov, Azərbaycan Çernobıl Əlilləri İttifaqının ictimai birliyinin sədri Mirhəsən Həsənov,Veteran qəzetinin redaktoru Qafar Nuruyev və “Kompüter kursları”-nın tələbələri tədbirdə iştirak etmişdilər
Mərasimi çıxış sözü ilə ictimai birliyin sədri Mehdi Mehdiyev açdı.
Hörmətli tədbir iştirakçıları!
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Şəhid ailələrinin, Qarabağ müharibəsi veteranlarının, qaçqın və məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində 6 aylıq müddətə layihə həyata keçirildi. Layihənin əsas məqsədi: Müharibə statuslu insanların, qaçqın və məcburi köçkünlərin, onların ailə üzvlərinin sosial vəziyyətinin yaxşılaşdırılması olmuşdur. Layihə planına əsasən Bakı şəhərində 6 aylıq kompüter kursları təşkil edilmişdir və bugün bu kursda tədris olunan programı müvəfəqiyyətlə mənimsəyənlər buraxılış mərasiminə toplanmışlar. Bu kurslarda iştirak edənlər üçün 6 ay müddətinə kompüter haqqında əsas anlayışlar — Windows əməliyyat sistemi, Microsoft Word, Microsoft Excel, Power point, Coreldraw, Adobe Photoshop programları tədris edilmişdir.
Bundan əlavə Respublikamızın digər rayonlarında da bu qəbildən olan insanlar və onların ailə üzvləri üçün vakant iş yerlərinə qəbul olunmaq üçün lazımi seminarlar təşkil edilmişdir.
Hörmətli tədbir iştirakçıları!
Təməli Ulu Öndərimiz Heydər Əliyev tərəfindən qoyulan, müharibə statuslu insanlara diqqət və qayğıkeşliyi, bu gün də Azərbaycan Respublikasının prezidenti Cənab İlham Əliyev uğurla davam etdirir və onun bu qəbildən olan insanlara diqqət və qayğısı daima göz qabağındadır. Müharibə statuslu insanların sosial vəziyyətinin yaxşılaşdırılması üçün 01.01.2014-cü ilə kimi ev növbəsində olan şəhid ailələri və Qarabağ müharibəsi əlilləri 2018-ci ilin sonunadək mənzil və fərdi evlərlə təmin olunacaqlar. Onların övladları təhsil haqqından azad olunublar.
Çıxışımın sonunda sizləri bir daha əmin etmək istəyirəm ki, Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev daima sizlərin sosial vəziyyətinin yaxşılaşması üçün dövlət strukturlarına mütəmadi olaraq göstərtişlər verir. Biz müharibə statuslu insanlar, ölkə başçısına hər zaman minnətdar olaraq, onun ətrafında sıx birləşərək, ölkəmizin siyasi və iqtisadi inkişafı üçün əlimizdən gələni etməyə hər zaman hazırıq.
Daha sonra söz Azərbaycan Çernobıl Əlilləri İttifaqı ictimai birliyin sədri Mirhəsən Həsənova söz verildi. O çıxışında bildirdi ki, ilk öncə Mehdi Mehdiyevə bu layihədə iştirak edən, onu təmsil edən insanlara öz təşəkkürünü bildirdi. Çox gözəl bir layihə olduğunu və layihə iştirakçılarının gələcəkdə bundan bəhrələnəcəyini bildirdi. Tədbirdə iştirak edən gənc nəsilə öz tövsiyyələrini verdi.
Daha sonra Veteran qəzetinin redaktoru Qafar Nuruyevə söz verildi. Keçən ildə təşkil olunmuş belə bir layihə haqqında gənclərə bildirdi və bu layihənin onlar üçün xüsusi yeri olduğunu qeyd etdi. Hal-hazırda həmin gənclər əldə etdikləri bilgilər sayəsində müxtəlif müəsissələrdə və təşkilatlarda çalışdığını bildirdi. O tədbir iştirakçılarına gələcək fəaliyyətində uğurlar arzulardı.
MNTK-ın sədri Aris Məmmədov Təlim nəticələrinin fərdi qiymətləndirilməsinə dair anket sorğusunu iştirakçılara təqdim etdi. Tədbir iştirakçıları anketə öz fikirlərini bildirmişdilər.
Kursu müvəfəqiyyətlə bitirənlərə sertifikat verilmişdir və ən yüksək nəticə əldə edən tələbələr fəxri fərmanla təltif olunmuşdur.
6 aylıq “Kompüter kursları” progamında xüsusi zəhmətinə görə Namiq Nəcəfov “Fədai” medalı ilə təltif olundu.
Şərhlər