Şirkət direktoru 8 nəfəri aldatdı - 25360 manat

23.07.2015 13:58     Sosreaksiya     1876

"İnter Travel" şirkətinin direktoru Elnur Əliyevin bir qrup vətəndaşın etimadını qazanaraq onlardan külli məbləğdə pul alması müəyyən edilib.

Reaksiya.az xəbər verir ki, bu haqda məlumatı Daxili İşlər Nazirliyinin saytı yayıb.

"İnter Travel" şirkətinin direktoru, Ağdam rayon sakini  Elnur Əliyevin cari ilin fevral-iyul aylarında Bakı şəhər sakinləri Mirəhməd Dadaşovun, Nazim Mustafayevin, Xumar Balaoğlanovanın, Bəhruz Vəliyevin, Mina Adıgözəlovanın, İlqar Həsənovun, Gəncə şəhər sakini  Maqsud Ələkbərovun və Qəbələ rayon sakini Emil Məmmədovun etimadlarını qazanaraq onlardan 25360 manat pul götürüb.

Bu fakt Nəsimi RPİ 22-ci PB əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində bəlli olub.

Şərhlər

Çox oxunanlar