Dünyanın ən bədbəxt anaları... - ARAŞDIRMA

03.06.2015 15:53     Sosreaksiya     1703

Araşdırma nəticələrinə görə, dünyanın ən xoşbəxt anaları Norveçdə, dünyanın ən bədbəxt anaları isə Somalidə yaşayır.

Reaksiya.Az rus mətbuatına istinadən xəbər verir ki, anaların həyat şərtləri, gəlirləri, təhsilləri, siyasətə təsirləri, ölüm və doğum dərəcələri kimi kateqoriyalarda edilən araşdırmalar nəticəsində keçən il ilk sırada olan Finlandiya bu il öz yerini Norveçə verib.

Ana - uşaq sağlamlığı, iqtisadi vəziyyət, təhsil səviyyəsi, siyasətdəki fəaliyyəti mövzularında Norveç ilk sırada, Finlandiya ikinci, İslandiya üçüncü, Danimarka dördüncü, İsveç beşinci, Hollandiya altıncı, İspaniya yeddinci, Almaniya səkkizinci, Avstraliya doqquzuncu və Belçika onuncu sırada yer alıb.

179 ölkədə həyata keçirilən araşdırmanın son sıralarında isə  Haiti (170-ci yer) Qvineya, Fildişi Sahili (173-cü yer), Mərkəzi Afrika Respublikası (177-ci yer) və sonuncu isə Somali olub.

Ana və uşaq ölümləri

Digər tərəfdən siyahının ilk on əsnasında iştirak edən ölkələrdə 12 min 166 qadından biri doğum əsnasında həyatını itirərkən, siyahının son on əsnasında iştirak edən ölkələrdə isə doğum zamanı 30 qadından birinin həyatını itirdiyi bildirilib. İnkişaf etmiş ölkələrdə 290 uşaqdan biri, inkişaf etməmiş ölkələrdə doğulan hər 8 uşaqdan biri həyatını itirir.

Hər 10 ölkədəki qadınların illik gəlirləri 50 min 880 avro, inkişaf etməmiş ölkələrdəki qadınların illik gəliri isə 575 avro təşkil edir.

İnkişaf etmiş ölkələrdə qadınların ortalama təhsili ilin 18 ili  olaraq hesablanıb.

İnkişaf etmiş ölkələrdə qadınların siyasətdəki təsiri yüzdə 39, inkişaf etməmiş ölkələrdə isə yüzdə 11 olaraq təyin edilib.

Qeyd edək ki, bu araşdırma dünyanın ən böyük müstəqil uşaq hüquqları təşkilatı hesab edilən “Save the Children” (Uşaqları qurtarın) araşdırma qurupu tərəfindən aparılıb. Araşdırmaya dünyanın 179 ölkəsi qatılıb. Nəşr edilən araşdırmaya isə "Dünya Analarının Vəziyyəti" adı verilib.

 

Fatimə İbrahimova 

 

Reaksiya.az

Şərhlər

Çox oxunanlar