Rusiya müvəqqəti yaşamağa icazə verdiyi əcnəbilərin sayını azaltdı

18.11.2016 15:23     Sosreaksiya     1226

Gələn il Rusiyada daha az əcnəbiyə müvəqqəti yaşamaq icazəsi veriləcək. Çünki Rusiya hökuməti ölkədə əcnəbilərin müvəqqəti yaşamasına icazə verilməsi üçün nəzərdə tutulan həddi (kvotanı) daraldıb.

Novator.az xəbər verir ki, əcnəbilərin Rusiya ərazisində müvəqqəti yaşaması üçün müəyyənləşdirilmiş yeni kvotanın həcmi indikindən 11,9 % azdır.
 
Qərar 2017-ci ildən qüvvəyə minir. Bu o deməkdir ki, gələn il Rusiyada müvəqqəti yaşamaq icazəsi alan əcnəbilərin sayı indikindən 15 min 20 nəfər az olacaq.
 
2017-ci ildə Rusiyada 110 min 880 nəfər əcnəbiyə müvəqqəti yaşamaq hüququ veriləcək. 2016-cı ildə bu hədd 125 min 900 nəfər təşkil edib.
 
Rusiya hökuməti öz qərarında yeni kvotanı miqrasiya proseslərinin effektiv tənzimlənməsi ilə əlaqələndirib.
 

Şərhlər

Çox oxunanlar