İmza və möhürü saxtalaşdırıb mənzil satanlar saxlanıldı

19.11.2016 14:52     Sosreaksiya     1245

Gəncədə saxta sənəd düzəltmək yolu ilə dələduzluqla məşğul olan şəxslər saxlanılıb. Trend-ə Daxili İşlər Nazirliyindən verilən məlumata gröə, Gəncə Şəhər Baş Polis İdarəsi əməkdaşları tərəfindən noyabrın 10-da şəhər sakini Ələddin Əhmədovun və Göygöl şəhər sakini Eldar Məhərrəmovun Yeni Gəncə qəsəbəsi ərazisində tikilməkdə olan çoxmərtəbəli yaşayış binasının sahibi, mərhum şəhər sakini Rövşən Rüstəmovun imzasını və möhürünü saxtalaşdırması, habelə saxta müqavilə əsasında həmyerlisi Elnarə Zeynalovaya həmin binadakı mənizllərdən birini 19.000 manata satması müəyyən edilib.

Araşdırma aparılır.

Şərhlər

Çox oxunanlar