Novruz Məmmədov: "Azərbaycan-Rusiya-İran formatının genişlənməsi ilə bağlı fikirlər bu layihənin cəlbedici olduğunu göstərir"
23.11.2016 12:08 Sosreaksiya 1219
“Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin həyata keçirilməsi məqsədilə Bakıda təməli qoyulmuş Azərbaycan-Rusiya-İran üçtərəfli əməkdaşlıq formatının genişlənməsi ilə bağlı fikirlər bu layihənin çox əhəmiyyətli və cəlbedici olduğunu nümayiş etdirir”.
APA-nın məlumatına görə, bu sözləri Azərbaycan Respublikası Prezident Administrasiyasırəhbərinin müavini, PA-nın Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov özünün “Facebook” səhifəsində yazıb. O bildirib ki, bu əməkdaşlıq formatına qoşulmaq istəyən ölkələr az deyil.
Qeyd edək ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasımi keçirdiyi mətbuat konfransında üçtərəfli formatın tərkibinin dəyişərək daha bir neçə ölkə prezidentinin iştirakı ilə təşkil oluna biləcəyini bildirib. Onun sözlərinə görə, Azərbaycan, İran və Rusiya dövlət başçılarının üçtərəfli görüşü gələn il Tehranda keçirilə bilər.
Şərhlər