Naxçıvanda 12 dərəcə şaxta olub

24.11.2016 12:10     Sosreaksiya     1213

Noyabrın 23-ü gündüzdən 24-ü səhərədək müşahidə olunmuş faktiki hava ilə bağlı məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, noyabrın 24-ü səhərədək ölkə ərazisində qeyri-sabit, yağıntılı, şaxtalı hava şəraiti davam edib, bəzi yerlərdə qar yağıb.
 
Düşən yağıntının miqdarı Şabranda 4, Çilov adası, Qəbələdə 3, Oğuz, İsmayıllı, Kişçayda (Şəkidə) 2 mm olub. Qar örtüyünün hündürlüyü Altıağacda 8, Lerikdə 4, Xınalıqda 3, Şabran, Rvarudda 2, Pirallahı, Qəbələ, Şamaxıda 1 sm olub.
 
Havanın minimal temperaturu Abşeron yarımadasında 4-6, Aran rayonlarında 0-4, dağlıq rayonlarda və Naxçıvan MR-da 8-12, Böyük Qafqazın yüksək dağlıq ərazilərində 14 dərəcə şaxta təşkil edib.

Şərhlər

Çox oxunanlar