Adanada terror: ölənlər və yaralananlar var - FOTOLAR

24.11.2016 12:28     Sosreaksiya     1580

Hadisə nəticəsində 2 nəfərin həyatını itirdiyi, 16 nəfərin isə yaralandığı bildirilir

Türkiyənin Adana Valiliyinin avtoparkında partlayış baş verib. Sputnik xəbər verir ki, partlayış bomba yükü avtomobillə təşkil edilib.

Valilik açıqlamada, hadisə nəticəsində 2 nəfərin həyatını itirdiyini, 16 nəfərin isə yaralandığını söyləyib. Hadisənin bir qadın tərəfindən törədildiyi ehtimal edilir. Təhlükəsizlik orqanları hücumu təşkil edənlərin tutulması üçün əməliyyata başlayıb. Partlayışla bağlı xəbərlərə yayın qadağası qoyulub. 

 

Şərhlər

Çox oxunanlar