26 yaşlı oğlan dənizdə batdı
23.07.2015 16:11 Sosreaksiya 886

Binəqədi rayonunda dənizdə, ən yaxın xilasetmə məntəqəsindən 800 metr aralıda, nəzarətsiz ərazidə 26 yaşlı oğlan batıb.
Reaksiya.az xəbər verir ki, bu haqda məlumatı FHN-in saytı yayıb.
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə əsasən 1989-cu il təvəllüdlü Əbdülrəhmanov Səfa Vaqif oğlunun suda batması haqqında məlumat daxil olub.
S.Əbdülrəhmanovun cəsədi batdığı yerdən 10 km aralıda tapılaraq çıxarılıb.
Şərhlər