Futbolçuların faciəli ölümü ilə bağlı Braziliyada matəm elan olundu
29.11.2016 16:59 Sosreaksiya 1362
Braziliya prezidenti Mişel Temer göyərtəsində millinin futbolçuları olan təyyarənin Kolumbiyada qəzaya uğraması ilə bağlı ölkədə matəm elan edib. Trend bu barədə RİA Novosti-yə istinadən məlumat verir.
M.Temer "Twitter" səhifəsində yerləşdirdiyi mikrobloqda qeyd edib ki, ölkədə məlum aviaqəza ilə bağlı 3 günlük matəm elan olunur.
Braziliya prezidenti aviaqəzada həlak olanların ailələrinə, yaxınlarına başsağlığı verərək, onlara səbr diləyib.
Şərhlər