Azərbaycanı təbliğ edən layihə başa çatıb - FOTOLAR
29.11.2016 23:49 Sosreaksiya 1465
29 noyabr 2016-cı il tarixində Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Respublikasının Prezidenti Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının 2016-ci ildə elan etdiyi Qrant müsabiqəsinin qaliblərindən “Müharibə Veteranı Qadınlarına Sosial Yardım” İctimai Birliyinin “Azərbaycan həqiqətlərinin dünyaya yayılmasında Hollandiya, Almaniya, İsveç və Türkiyədə təhsil alan tələbələr, yaşayan azərbaycanlılarla görüşlərin və silsilə tədbirlərin keçirilməsi” adlı layihənin icrası başa çatması münasibətilə yekun tədbir keçirilmişdir. 6 ay davam edən layihə Azərbaycanda, Türkiyədə, Almaniyada həyata keçirildi.
Tədbirdə QHT və KİV nümayəndələri iştirak edirdi. Tədbiri giriş sözü ilə açan layihə rəhbəri, “Müharibə Veteranı Qadınlarına Sosial Yardım” İctimai Birliyinin sədri Radə Abbas layihənin icrasının uğurla həyata keçdiyini dilə gətirərək, bunları dedi: “İlk tədbirimiz Türkiyənin İzmir şəhərində Ege Universitetində “Türk Dünyası Aaraşdırma İnstitutu”nda keçirildi. Təbirimizin təşkilatçıları DAK Türkiyə Təmsilçiliyinin rəhbəri Asif Qurbanov, konqresin üzvü Cavid Əliyev və TADDEF Dil Tarix Mədəniyyət bölümünün rəhbəri Seyfəddin Ayakyay idilər. Seyfəddin bəyin dəstəyi ilə əlavə olaraq layihəmiz üçün Manisa şəhərində Yunus Emre Bələdiyyəsi ilə görüş və Manisa Medya Televiziyasında 1 saatlıq canlı efir vaxtı oldu.
Hollandiyada keçirilən tədbirlərimizin isə iki illik təşkilatçısı “Avrasiya Türk Qadınlar Birliyi Hollandiya” İctimai Birliyinin sədri Fatma Aktaşa, Almaniyada “Alman Azərbaycan Mədəniyyət Mərkəzinin” rəhbəri Təranə Tağıyevaya, “Atatürkçü Düşüncə Mərkəzi”nə, Türkiyədə Uşaq Universitetində azərabyacnlı tələbələrə, Anadolu Universitetində qardaş dərnəyimiz olan “Esgişehir Azərbaycanlıları Dərnəyi”nin başqanı Cavid Məmmədova, İğdır şəhərində Sərdar Ünsal bəyə layihəmçiz çərçivəsində təşkilatçılığa və göstərdikləri dəstəyə görə minnətdarlığımızı ifadə edirik” – deyən təşkilat sədri bundan sonar da bu kimi tədbirlərinin davamlı olacağını qeyd etdi.
Şərhlər