Rusiya ilə Ermənistan qoşunlarının birləşmiş qruplarının yaradılması haqqında razılaşma imzalanıb
30.11.2016 14:10 Sosreaksiya 1327
Rusiya və Ermənistan arasında iki ölkə qoşunlarının birləşmiş qruplarının yaradılması haqda razılaşma imzalanıb.
“Report” TASS-a istinadən xəbər verir ki, sənədi Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə ermənistanlı həmkarı Vigen Sarkisyan imzalayıb.
İnformasiyaya görə, nazirlər 2017-ci ildə hərbi sahədə əməkdaşlığa dair planı da təsdiqləyiblər.
Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin noyabrın 14-də Rusiya və Ermənistan qoşunlarının birləşmiş qruplarının yaradılması haqqında sazişi təsdiqləyib
Şərhlər