Deputatdan hökumətə bahalaşma etirazı: “2017-ci il asan keçməyəcək"

30.11.2016 14:31     Sosreaksiya     1318

Vahid Əhmədov: “Mən sual vermək istəyirəm, biz qiymət atrımı ilə nəyə nail olmaq istəyirik? Məgər işığın qiyməti 7 qəpik, ya qazın qiyməti 10 qəpik olanda biz 100 faiz əhalidən o pulu yığa bilirdikmi?”

“2017-ci il Azərbaycan üçün o qədər də asan keçməyəcək. Bu gün qlobal maliyyə böhranından danışılır. Heç bir qlobal maliyyə böhranı yoxdur. Səbəb budur ki, neftin qiymətinin aşağı düşməsi ilə əlaqədar gəlirlərdə problemlər yaranıb, Azərbaycan da o dövlətlər sırasındadır”.
 
Deputat Vahid Əhmədov bu fikirləri Milli Məclisdəki büdcə müzakirələrində söyləyib. 
 
Musavat.com-un əməkdaşının verdiyi məlumata görə, deputat bildirdi ki, neftin qiymətinin 40 dollardan götürülməsi müsbət haldır: “Ancaq unutmayaq ki, 2017-ci ildə də bizim əsas gəlirlərimiz neftdən olacaq. Çünki ixracımızın 90 faizini neft və neft məhsulalı tutur”. 
 
V.Əhmədov deyib ki, elm xərcləri büdcə xərclərində cəmi 0,2 faiz təşkil edir, bu da çox azdır. 
 
V.Əhmədov deyib ki, hüquq mühafizə, o cümlədən müdafiə sahəsinə ayrılan xərclərin yoxlanmasını müşahidə etmirik: “Müdafiə sahəsinə ayrılan xərclər büdcənin 17 faizini təşkil edir. Ona görə də xahiş edərdim Hesablama Palatası və Maliyyə Nazirliyi bu sahəyə diqqət artırsın”.
 
Daha sonra V.Əhmədov maliyyə naziri, həmçinin Mərkəzi Bankın sədrinə xitabən deyib: “Ən ciddi məsələlərdən biri məhdudlaşdırılmış maliyyə siyasətinin aparılmasıdır. Mən bir iqtisadçı kimi bunun səbəbini başa düşmürəm. Biz pul kütləsini sıxmaqla ölkədə real sektoru heç cür inkişaf etdirə bilmərik. Bu siyasətə bir daha baxmalıdıq. Manatı qoruyub saxlamaq mümükn deyil! İndi də Mərkəzi Bankın aparıdığı siyasət düzgündür, manat nə qədər ucuzlaşacaqsa, proses getməli və gəlib öz yerini tutmalıdır. Bu gün deyə bilmərik ki, bank sistemini sağlamlaşdırmışıq. Faktiki olaraq bank sistemi heç kimə kredit vermir”. 
 
Bundan sonra o, son bahalaşma ilə bağlı etirazını bildirib: “Mən sual vermək istəyirəm, biz qiymət atrımı ilə nəyə nail olmaq istəyirik? Məgər işığın qiyməti 7 qəpik, ya qazın qiyməti 10 qəpik olanda biz 100 faiz əhalidən o pulu yığa bilirdikmi? Xeyr, uzağı 75-80 faizini yığa bilirdik. İndi bu yükü əhalinin üzərinə qoymaqla həmin pulu yenə də yığa bilməyəcəyik. Bu, təkcə işıq və qazla əlaqədar deyil, nəqliyyatla, ərzaqla da əlaqədar məsələdir. İstər-istəməz digər sahələrədə də qiymətlər qalxacaq”. 
 
V.Əhmədov inhisarçılardan da danışıb: “Azərbaycanda monopoliya var, real rəqabət mühiti yoxdru. Ona görə də Ziyad müəllim, biz təcili Rəqabət Məcəlləsini qəbul etməliyik!” 
 
Sonda üzünü maliyyə naziri Samir Şərifova üz tutub: “İslahatları bir qədər çevik aparmaq lazımdır. Heç nədən qorxmaq lazım deyil. Bu islahatları elə aparmaq lazımdır ki, heç kimin də xətrinə dəyməsin. Amma bir sıra vacib addımlar atılmalıdır. Müəyyən nazirliklər, komitələr birləşdirilməlidir. O cümlədən regionlarda bu işlər aparılmalıdır. 2016-cı ildə biz milyardlarla vəsait xərcləmişik, amma Azərbaycan büdcəsi heç bir gəılir götütrmür. Cəmi 600 milyon gəlir götürmüşük, o da Bakı şəhərindən”.
 

Şərhlər

Çox oxunanlar