Maliyyə Nazirliyi Tovuzdakı məktəblə bağlı araşdırma aparacaq

01.12.2016 14:21     Sosreaksiya     1237

“Elmlə bağlı azalmalar mövcuddur. Amma Elmin İnkişaf Fondu yaradılıb və hər il bu quruma kifayət qədər vəsait veririk. Ancaq ildən-ilə həmin vəsait növbəti illərə qalır. Fondda iki illik ehtiyat vəsaiti var və xərclənməyib. Ehtiyat vəsait olduğu üçün biz əlavə vəsait ayırmamışıq”.

Maliyyə naziri Samir Şərifov bu fikirləri elm və təhsilə ayrılan vəsaitin artırılması barədə təkliflərə reaksiyasında deyib.
 
Nazir deputat Qənirə Paşayevanın Tovuzdakı yeni tikilən məktəbin istiliklə təmin olunmaması barədə qaldırdığı problemlə bağlı danışarkən bildirib ki, əslində məktəb tikilərkən bütün məsələlər kompleks həllini tapmalıdır: “Əgər hansısa sahədə problem varsa, deməli, tapşırıqlar düzgün icra olunmayıb və hansısa sahədə əyintilər olub. Ona görə də sifarişçi və icraedici qurumlarla məsələlərin araşdırılmasına ehtiyac var. Biz bu məsələ ilə məşğul olacağıq”. 
 
S.Şərifov deyib ki, cari ildə 10 milyon manat, növbəti ildə isə 20 milyon manat vəsaitin icbari tibbi sığortaya ayırlması nəzərdə tutulub. 
 
Artezian quyularının elektrik enerjisi ilə təchiz olunması barədə problemə gəldikdəsə, nazir “İşıq verilsin, amma bəs, onun pulunu kim verəcək”, - deyə sual edib.
 

Şərhlər

Çox oxunanlar