Nazir: "QHT və publik hüquqi şəxslərin maliyyələşməsi məsələsinə baxılır"
02.12.2016 14:58 Sosreaksiya 1436
"Hazırda publik hüquqi şəxslərin maliyyələşməsi işinə baxılır". "APA-Economics" xəbər verir ki, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, İnsan hüquqları, Gənclər və idman komitəsi, Regional məsələlər və Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclasında 2017-ci il üzrə dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.
Onun sözlərinə görə, publik hüquqi şəxslərin təsərrüfat hesabı ilə fəaliyyət göstərəcəyi nəzərdə tutulur: "Bununla əlaqədar müvafiq sənədlər qəbul ediləcək".
Nazir əlavə edib ki, QHT-lərin maliyyələşdirilməsi məsələsinə də baxılacaq.
Qeyd edək ki, müzakirə zamanı millət vəkilləri Qüdrət Həsənquliyev və Şahin İsmayılov QHT-lərə ayrılan vəsaitin az olmasına diqqət çəkiblər
Şərhlər