Şabranda ev yandı

24.07.2015 10:23     Sosreaksiya     812

Şabran rayonunda birmərtəbəli evdə yanğın olub.

Reaksiya.az xəbər verir ki, bu haqda məlumatı FHN-in saytı yayıb.

Hadisə rayon mərkəzindən 20 km aralıda yerləşən Çölquşçu kəndində qeydə alınıb.

Belə ki, vətəndaşa məxsus ümumi sahəsi 83 kv.m olan birmərtəbəli 3 otaqlı evin bir otağının yanar konstruksiyaları və ev əşyaları 15 kv.m sahədə yanıb və yüksək temperaturdan evin lambirdən ibarət tavanı 83 kv.m sahədə əriyib.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Şərhlər

Çox oxunanlar