Rusiyada qəza nəticəsində ölənlərin sayı 12 nəfərə çatıb - YENİLƏNİB

04.12.2016 18:51     Sosreaksiya     1855

Rusiyanın Tümen vilayətində avtomagistralda baş verən qəza nəticəsində ölənlərin sayı 12 nəfərə çatıb.

 

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, ölənlərin 10-u uşaqdır.

 

Qeyd edək ki, bu gün Tümen vilayətində Xantı-Mansiysk magistralında avtobus, iki minik maşını və bir yük maşını toqquşub. Avtobusda 29-u uşaq olmaqla, 32 nəfər olub. 

 

***

 

saat 17.08

 

Rusiyanın Tümen vilayətində avtomagistralda baş verən qəza nəticəsində 10 nəfər ölüb.

 

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, Xantı-Mansiysk magistralında avtobus, iki minik maşını və bir yük maşını toqquşub.

 

Avtobusda 29-u uşaq olmaqla, 32 nəfər olub. Qəzada ölən 10 nəfərdən 9-u uşaqdır. Qəzanın səbəbkarı avtobus sürücüsü olub.  Hadisə yerinə 10 təcili yardım briqadası göndərilib. 

 

Reaksiya.az

Şərhlər

Çox oxunanlar