Taksilərlə bağlı yeni QADAĞALAR
05.12.2016 12:16 Sosreaksiya 1202
Azərbaycanda taksilərlə bağlı yeni qadağalar tətbiq ediləcək.
Trend-in məlumatına görə, bununla bağlı Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi təklif edilib.
Məcəlləyə əlavəyə əsasən, taksilərin xüsusi olaraq müəyyən edilmiş və 5.14 nişanı ilə işarələnmiş duracaq yerlərindən kənar yerlərdə sifariş qəbul etmək məqsədi ilə durması qadağan edilir. Buna görə, 40 manatdan 50 manata qədər cərimə müəyyənləşdirilir.
Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Şərhlər