İstanbulda 5 min polis əməliyyat keçirdi - VİDEO

24.07.2015 10:58     Sosreaksiya     1245

İstanbulda səhərin erkən saatlarında Terrorla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən "terror" əməliyyatı keçirilib.

Reaksiya.az xəbər verir ki, bu haqda məlumatı “haberler” saytı yayıb.

Məlumata görə, əməliyyatın həm İŞİD, həm PKK, həm də gənclərin yaratdığı YDG-H və “DHKP-C”yə qarşı olduğu bildirilir.

5 min polislə həyata keçirilən əməliyyata helikopter və xüsusi polis dəstələri kömək edir.

İstanbulun 26 rayonunda əvvəlcədən müəyyən olunan 140 ünvana baxış olub.

Hadisə zamanı iki təcili tibbi yardım maşını da əməliyyatın aparıldığı bina qarşısında hazır saxlanılır.

Əməliyyat zamanı çıxan qarşıdurmada bir nəfərin yaralandığı deyilir.

 

Şərhlər

Çox oxunanlar