Avstriyanın yeni prezidenti məlum oldu

05.12.2016 12:36     Sosreaksiya     1304

Avstriyada prezidentliyə namizəd Norbert Xofer seçkilərdə məğlub olduğunu etiraf edib.

Avstriyanın sağ təmayüllü Azadlıq Partiyasının prezidentliyə namizədi Norbert Xofer prezident seçkilərində məğlub olduğunu etiraf edib.

Bu haqda namizədin "Facebook" sosial şəbəkəsindəki səhifəsində yerləşdirilmiş bəyanatında deyilir. "Əziz dostlar, verdiyiniz sosuz dəstək üçün sizə təşəkkür edirəm. Bizim qələbə qazanmamağımızdan hədsiz məyusam. Aleksander Van der Belleni qələbə münasibətilə təbrik edirəm və bütün avstriyalıları birləşməyə, əməkdaşlıq etməyə çağırıram", – deyə namizədin bəyanatında bildirilir.

 

Şərhlər

Çox oxunanlar