Bakıda silahlı basqın: mühafizəçilərə ağır xəsarət yetirildi

05.12.2016 12:39     Sosreaksiya     1519

Hazırda polis hadisəni törədən şəxslərin müəyyən edilərək tutulması istiqamətində axtarışları davam etdirir

Bakıda zavoda basqın olub. Qaradağ rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, rayonun Sahil qəsəbəsi ərazisində yerləşən zavoda basqın edən 4 nəfər oranın mühafizəçiləri — 1990-cı il təvəllüdlü Ruslan Qərib oğlu Hacıyevi bıçaqlayıb, digər mühafizəçi, 1993-cü il təvəllüdlü Rəhim Arif oğlu Rəhimovun başına küt alətlə vurublar. Hər iki şəxs xəstəxanaya yerləşdirilib. Hazırda polis hadisəni törədən şəxslərin müəyyən edilərək tutulması istiqamətində axtarışları davam etdirir.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar