Tovuzda “Qarabağ həqiqətlərinin daha geniş yayılmasında gənclərin rolu” adlı tədbir keçirilib

05.12.2016 15:56     Sosreaksiya     1060

Tovuzda Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin təşkilatçılığı ilə “Qarabağ həqiqətlərinin daha geniş yayılmasında gənclərin rolu” adlı tədbir keçirilib. Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin rəhbəri, millət vəkili Q.Paşayeva Ermənistanın torpaqlarımıza qarşı həyata keçirdiyi işğalçılıq siyasəti, törətdikləri soyqırımlar, vandalizm aktları, Dağlıq Qarabağ probleminin tarixi kökləri, müasir vəziyyət, bir sıra beynəlxalq təşkilatların ikili standartları kimi məsələlər barədə geniş danışaraq, bu istiqamətdə geniş məlumatları özündə əks etdirən kitabları gənclərə təqdim edib və gəncləri oxumağa, öyrənməyə səsləyib. Tədbirə rayonun ən savadlı gənclərinin dəvət edilməsini özəlliklə istədiyini deyən millət vəkili Q.Paşayeva ölkəmizin gələcəyi sizin əlinizdədir və siz hamınız tariximizi, həqiqətlərimizi əzbər bilməlisiniz deyib və onları Azərbaycan tarixi, ədəbiyyatı və çoğrafiyasını yaxşı öyrənməyə çağırıb. Gəncləri özəlliklə tariximizi dərindən öyrənməyə çağıran millət vəkili Qənirə Paşayeva onlarla Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın işğal etdiyi torpaqlarımızda törətdiyi soyqırımlar, vandalizm aktları, beynəlxalq təşkilatların ikili standartları ilə bağlı geniş fikir mübadiləsi aparıb və bildirib ki, hər bir Azərbaycan gənci bunları əzbər bilməlidir. Millət vəkili Q.Paşayeva gənclərimizi sosial şəbəkələrdə keçirdikləri zamanı əylənməyə deyil, oxumağa, öyrənməyə, Qarabağ həqiqətlərinin daha çox yayılmasında iştirak etməyə və ölkəmizə qarşı yalan, böhtan kompaniyalarına qarşı mübarizəyə sərf etməyə çağırıb. O bildirib ki, Qarabağ həqiqətlərinin daha geniş yayılmasında gənclərimiz daha da fəal olmalıdırlar və erməni yalanları ilə aktiv mübarizə aparmalıdırlar. Görüşün sonunda Q.Paşayeva gənclərə və müəllimlərə müəllifi olduğu “Müasir Avropa təhlükəsizliyi: Yeni çağırışlar və təhdidlər(Cənubi Qafqaz münaqişələri timsalında)”, “Dağlıq Qarabağ münaqişəsi Avropanın təhlükəsizliyinə başlıca təhdid kimi” kitablarını imzalı hədiyyə etməklə yanaşı,onlara Qarabağ münaqişəsi ilə bağlı yazılmış bir sıra kitabları da hədiyyə edib və onların suallarını da cavablandırıb.

 

Şərhlər

Çox oxunanlar