Akif Nağı “Ölüm batalyonu”nun yaradıcısı ilə bağlı müraciət etdi

05.12.2016 17:42     Sosreaksiya     1280

"Reaksiya.az" xəbər verir ki, QAT sədri Akif Nağı “Ölüm batalyonu”nun yaradıcısı Tahir Bayramovun oğlu ilə bağlı prezidentə müraciət edib. Müraciətdə göstərilir: Qarabağ müharibəsi dövründə “Ölüm batalyonu”nun yaradıcısı olmuş, dörd il qəhrəmanlıqla vuruşmuş, dəfələrlə yaralanmış Qarabağ döyüşçüsü  Tahir Bayramovun oğlu Bayramov Zahir Tahir oğlunun taleyi ilə bağlı Sizə müraciət edirik. Zahir Bayramovun barəsində Bakı Ağır cinayətlər Məhkəməsinin 10 fevral 2014-cü il  tarixi qərarı ilə 11 il 3 ay həbs cəzası müəyyən edilib. Onu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.2, 120.2.7-ci maddələri əsasında ittiham ediblər. Biz onun təqsirsiz olduğunu demirik. Lakin ona həddindən artıq, törətdiyi hərəkətə uyğun gəlməyən cəza verilib. O, bir neçə nəfərin iştirak etdiyi davaya qoşulub, heç kəsin həyatına qəsd etməyib, qəsd etmək niyyətində də olmayıb, heç kəsə heç bir ciddi xəsarət yetirməyib, cavan olub, beyni qan olub, başa düşməyib.

Xahiş edirik ki, Zahir Bayramovun cavan olmasını, 2 əmisinin Qarabağ döyüşlərində şəhid olmasını, ailələrinin ağır durumda olmasını və Zahir Bayramovun valideynlərinin iş qüvvəsi olmamasını, 2 bacısının hələ də ailə qurmadığını, azadlığa cıxarsa cəmiyyətə daha çox xeyir verə biləcəyini, onun atası Tahir Bayramovun Vətən qarşısında xidmətlərini, Qarabağ müharibəsində qəhrəmanlıqla vuruşmasını, dəfələrlə yaralanmasını nəzərə alasınız, Zahir Bayramovun azadlığa çıxması üçün köməyinizi əsirgəməyəsiniz. Müraciətimizə diqqətlə yanaşacağınıza inanır və əvvəlcədən təşəkkür edirik.

Şərhlər

Çox oxunanlar