Hesab.az saytı vasitəsilə pul oğurlandı

05.12.2016 22:58     Sosreaksiya     1948

"Müharibə Veteranı Qadınlaraına Sosial Yardım" İcitmai Birliyinin sədri Radə Abbasın maaş kartından 450 manat oğurlanıb. Bu barədə QHT sədri Radə Abbas özünün facebook hesabında status yazıb. Statusu olduğu kimi təqdim edirik:
"Salam dostlarım!!! Sizə bildirirəm ki, mənim maaş kartımdan 450 manat pulumu onlayn şəkildə oğurlayıblar. Həmdə çox məharətli biri olub. Kartımda pul olduğu halda hesabımı kartımdan gizlədib sonrada kartdan onlayn şəkildə alış veriş, telefon ödəmələri, müxtəlif onlayn satış mərkəzlərindən sifarişlə alver edilib, Su pulu, qaz pulu ödənilib. Məncə bu hesab.az saytının günahıdır. Bunu yazdım ki ehtiyatlı olasınız. hesab.az saytına o qədərdə inanmamaq məsləhətdir".
Radə Abbasla əlaqə saxladıq. Faktı təsdiqləyən QHT sədri Reaksiya.az-a açıqlamasında artıq  bu barədə hüquq mühafizə orqanlarına mürciət etdiyini də bildirdi.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar