İran helikopteri qəzaya uğradı: ölənlər var

06.12.2016 15:26     Sosreaksiya     1455

İranda helikopter qəzası baş verib.

Hadisə bu gün yerli vaxtla saat 11:40-da baş verib.

“Pənha2” tipli helikopter paytaxt Tehranda Çitgar gölünə düşüb. Hər iki pilotun öldüyü bildirilir.

Tehran Qırmızı Aypara Cəmiyyətinin rəsmisi Mürtəza Muradipur açıqlamasında helikopterin hansı quruma aid olduğunun dəqiqləşmədiyini deyib.

Onun sözlərinə görə, helikopterdə itkin düşmüş 8 sərnişin tapılıb. Müxtəlif xəsarətlər alan həmin şəxslər xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Çox oxunanlar