Azərbaycana keçmək istədiyi deyilən erməni zabit birifinq keçirəcək

06.12.2016 16:24     Sosreaksiya     1349

Erməni rejissor Arşak Zakaryan Ermənistan ordusunun zabiti Norayr Minosyanın Azərbaycan tərəfə keçməsi xəbərinin yalan olduğunu iddia edib.

O, bunun haqqin.az-ın müxbiri Vahan Martirosyanın Norayr Minosyana qarşı şəxsi intiqam zəminində belə bir informasiya yaydığını  bildirib. Zakaryanın sözlərinə görə, guya Norayr Minosyan bu yolla xain Vahan Martirosyanı Azərbaycandan gətirmək istəyirmiş. Ona qurulan bu tələni başa düşən Vahan Martirosyan isə məqaləni haqqin.az saytında dərc edərək ondan intiqam alıb. O, Norayr Minosyana məktub yazaraq onun Ermənistanda artıq xain elan edildiyini və öz vətəninə qayıda bilməyəcəyini bildirib. Norayr isə dərhal Ermənistanın Soçidəki konsulluğuna gedərək situasiyanı onlara izah edib. Bundan başqa, Norayr Minosyan artıq Ermənistana qayıdış iznini alıb və tezliklə İrəvanda mətbuat konfransını keçirəcəyini söyləyib.
 
Xatırladaq ki, erməni zabit Norayr Georgiyeviç Minosyan haqqin.az-in xüsusi müxbiri Vahan Martirosyana müraciət edərək Azərbaycan ərazisinə keçmək istədyini bildirib. O, Martirosyandan ona bu işdə ona yardımçı olmağı xahiş edib.
Məlumata görə, Norayr Minosyan Bakıda mətbuat konfransı keçirmək, Ermənistan Silahlı Qüvvələrində və cəbhəyanı bölgədə baş verən özbaşınalıqdan danışmaq istədiyini bildirib. 
 
Ermənistanın Müdafiə Nazirliyi isə Norayr Minosyanın Azərbaycana qaçmağa hazırlaşması barədə məlumatları təkzib edib. Bildirilir ki, həmin şəxs Ermənistanda yaşamır: 
 
"O, fəaliyyətdə olan zabit deyil, 2014-cü ildə iki dəfə ittiham olunub və artıq bir ildir ki, Ermənistanda yaşamır. Ermənistan KİV-in Azərbaycan kütləvi informasiya vasitələrinin təsiri altına düşməsi təəssüf doğurur” - Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Artsrun Ovannisyan bildirib.

Şərhlər

Çox oxunanlar