ATƏT: "Qarabağın həlli siyasi iradədən asılıdır"

08.12.2016 14:19     Sosreaksiya     1072

Dağlıq Qarabağ münaqişəsinin həlli tərəflərin siyasi iradəsindən asılıdır.

Trend-in məlumatına görə, bu sözləri Hamburqda ATƏT Xarici İşlər Nazirləri Şurasının iclasında ATƏT-in baş katibi Lamberto Zanyer deyib.

Onun sözlərinə görə, təşkilatın məqsədi danışıqlar üçün imkanlar yaratmaqdır, lakin tərəflər də bu imkandan istifadə etməlidirlər.

“Həll yolunun tapılması üçün tərəflər səy göstərməlidirlər. Münaqişənin həllində ATƏT-in vasitəçi rolunu alqışlayıram”, - Zanyer bildirib.

O həmçinin qeyd edib ki, bir qədər əvvəl Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayerin Minsk qrupuna yeni nəfəs lazım olması barədə səsləndirdiyi fikrini dəstəkləyir.

Şərhlər

Çox oxunanlar