Bayram günlərində Bakı avtovağzalı gücləndirilmiş iş rejimində çalışacaq

08.12.2016 18:01     Sosreaksiya     953

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl bayramları ilə əlaqədar Bakı Beynəlxalq Avtovağzal Kompleksi gücləndirilmiş iş rejimində işləyəcək.
 
Bunu "Report"a Nəqliyyat Nazirliyi Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat xidmətinin rəhbəri Şəfa Mehmanqızı bildirib.
 
"Bayram günləri ilə əlaqədar dekabrın 25-dən yanvarın 7-dək avtovağzalda gücləndirlmiş iş rejmi tətbiq olunacaq. Bayram günlərində xəttə çıxarılacaq əlavə nəqliyyat vasitələri barədə yaxın günlərdə daha ətraflı məlumat veriləcək" - Ş.Mehmanqızı qeyd edib.
 

Şərhlər

Çox oxunanlar