Qazaxda “Müxtəlif məzhəblər arasında ayrı-seçkiliyin qarşısının alınmasının yollarının izah olunması” mövzusunda tədbir olub
08.12.2016 20:57 Sosreaksiya 1572
Dekabrın 8-də Qazax rayonu Çaylı kənd 1 saylı məktəbində “Səxavət” məscidi dini icmasının həyata keçirdiyi “Məhzəblərarası dialoqda mültukultralizm dəyərlərindən istifadə edilməsi” layihəsi çərçivəsində “Müxtəlif məzhəblər arasında ayrı-seçkiliyin qarşısının alınmasının yollarının izah olunması” mövzusunda tədbir təşkil olunub.
Tədbirdə Qazax Rayon İcra Hakimiyyəti (RİH) Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Məhəmməd Orucov və aparıcı məsləhətçisi, psixoloq Kəmalə Cəfərova, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Tovuz bölgəsi üzrə şöbəsinin müdiri Eldəniz Vəliyev, Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) Qazax rayon şöbəsinin əməkdaşı, Qazax rayon prokuronun köməkçisi Nəriman Əsədov, Qarabağ veteranı Kamil Musavi, müəllimlər və şagirdlər iştirak ediblər.
Rayondakı dini durumla bağlı məlumat verən M.Orucov dövlətin bu sahədə siyasətinin uğurlarından danışıb.
DQİDK-nın Tovuz bölgəsi üzrə şöbəsinin müdiri Eldəniz Vəliyev mövzu ilə bağlı fikirlərini bildirib, dövlət başçısının ölkəmizdə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədi ilə dini icmalara maliyyə yardımının göstərilməsi haqqında Sərəncamının əhəmiyyətini vurğulayıb.
Daha sonra çıxış edən DTX-nın əməkdaşı, rayon prokuronun köməkçisi, Qazax RİH-in aparıcı məsləhətçisi və digər natiqlər radikalizmlə mübarizənin müasir dövrdə bütün ölkələr üçün prioritet məsələyə çevrildiyini qeyd ediblər. Bildirilib ki, zərərli ideologiyaların təsirinə düşənlərin əksəriyyəti gənclərdir və onları təhlükədən qorumaq lazımdır.
İcmanın sədri Sahilə Orucova dövlətin din sahəsinə diqqət və qayğısından bəhs etdi, dindarlar adından ölkə rəhbərliyinə minnətdarlığını bildirib.
Şərhlər