İrandan Azərbaycana qanunsuz yolla külli miqdarda siqaretin gətirilməsinin qarşısı alınıb

09.12.2016 12:33     Sosreaksiya     1116

İrandan Azərbaycana külli miqdarda siqaretin gətirilməsinin qarşısı alınıb.

 

Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən “APA-Economics”ə verilən məlumata görə, Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İrandan Azərbaycana birlikdə piyada gələn 3 nəfər, Azərbaycan vətəndaşları özləri ilə gətirdikləri beş ədəd bağlamadan ibarət güldan yükünə sərnişin keçid xəttində “Heimann X-Ray” rentgen yük yoxlama qurğusunda baxış keçirilib.

 

Baxış zamanı beş ədəd bağlamada olan 20 ədəd güldanın içərisindən, gömrük nəzarətindən gizlədilmiş, Azərbaycanın aksiz markası ilə markalanmayan, 23 800 ədəd “Manchester” markalı  siqaretlər aşkar edilib.

 

Faktla bağlı araşdırma  aparılır.

Şərhlər

Çox oxunanlar