İlkin qiymətindən 400 dəfə ucuz satılan vazkeçilməz əşya

09.12.2016 13:39     Sosreaksiya     1390

Bu gün kompüterin vazkeçilməz qurğusu olan mouse 48 il əvvəl meydana gəlib.

1968-ci il dekabrın 9-da "kompüter siçanı"nın (mouse) ad günüdür. Məhz bu gün Stenford tədqiqat institutunun əməkdaşı Duqlas Engelbart San-Fransiskodakı konfransda mouse-u nümayiş etdirib. 

Bu, bir düyməsi olan təkərli ağac kub idi və diskin köməyi ilə hərəkət edirdi. Ona mouse — siçan adını siçan quyruğuna oxşayan kabelinə görə verirdilər.  Sonradan Engelbartın ideyası ilə Xerox şirkəti maraqlanıb. Şirkətin əməkdaşları mouse-un quruluşunu dəyişiblər və o hazırda gördüyümüz qurğuya oxşamağa başladı. 1970-ci illərin əvvəllərində Xerox şirkəti ilk dəfə olaraq mouse-u fərdi kompüterin bir hissəsi kimi təqdim etdi. Bu mouse-un üç düyməsi var idi, diskin yox, roliklərin köməyi ilə hərəkət edirdi, qiyməti isə 400 dollar idi!

 

Şərhlər

Çox oxunanlar