Mədət Quliyev: "Qara bazar”a görə saxlanılanlar var
12.12.2016 13:50 Sosreaksiya 1235
Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi: Ölkə prezidentinin tapşırığı ilə bununla əlaqədar məruzələr hazırlanıb və tədbirlər həyata keçirilib.
Mədət Quliyev bildirir ki, “qara bazar”la bağlı müxtəlif cinayət işləri qaldırılıb, müəyyən adamlar artıq saxlanılıb.
Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyev son dövrlər populyar olan dolların "qara bazar"ı ilə bağlı məsələlərə də aydınlıq gətirib. Onun sözlərinə görə, "qara bazar"la bağlı proseslər bütün dünyada gedir: "Azərbaycanda hər bir proses açıq şəkildə həyata keçirilir". "Təbii ki, burada da "qara bazar" var idi. Ölkə Prezidentinin tapşırığı ilə bununla əlaqədar məruzələr hazırlanıb və tədbirlər həyata keçirilib. Müxtəlif cinayət işləri qaldırılıb, müəyyən adamlar artıq saxlanılıb. Digərlərinin saxlanması istiqamətində addımlar atılır. Bu istiqamətdə araşdırmalar aparılır, şübhəli şəxslər var", — Xidmət rəisi qeyd edib.
Şərhlər