Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilmişdir

12.12.2016 15:54     Sosreaksiya     977

Dekabrın 12-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Aparatında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anım mərasimi keçirilmişdir.  Mərasimdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin birinci müavini general-mayor  Zaur Abdullayev çıxış edərək Ümummilli Liderin Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanmasında və milli dövlətçiliyin formalaşdırılması sahəsində xidmətlərindən ətraflı danışmışdır. Ulu Öndər Heydər Əliyevin hələ SSRİ dövründə milli hərbçi kadrların yetişdirilməsi işinə xüsusi əhəmiyyət verməsindən və müstəqilliyin bərpa edilməsindən sonra ordu quruculuğu prosesini uğurla həyata keçirməsindən söz açmışdır.

O, Ümumilli Lider Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin insanları dövlətçilik ətrafında sıx birləşdirən meyara çevrildiyini bildirmişdir. Qeyd etmişdir ki, hər bir azərbaycanlı Ulu Öndərin dövlət və xalq qarşısında xidmətlərini yüksək qiymətləndirir və Ümummilli Liderin xatirəsi daim qəlblərdə yaşayacaqdır.

Mərasimdə ulu öndər Heydər Əliyevə həsr olunmuş “Dahi qurucu” sənədli filmi nümayiş etdirilmişdir.

 

Şərhlər

Çox oxunanlar