BİRA ictimaiyyətə müraciət etdi - FOTOLAR
12.12.2016 15:50 Sosreaksiya 1542
Reaksiya.az xəbər verir ki, bu gün “Beynəlxalq İnformasiya və Regional Araşdırmalar” İctimai Birliyinin (BİRA) İdarə Heyəti “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin qadın sığınacağında olublar. Sığınacaqda olan vəziyyətlə tanış olan BİRA sədri Zaur Qəriboğlu sığınacaqda yaradılan yüksək səviyyəli şəraitdən razılıq əlaməti olaraq, kimsəsiz, zorakılığa məruz qalan qadınlara sahib çıxdığı üçün “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalovaya təşəkkürünü bildirərək, bundan sonra bu sığınacaq üçün əlindən gələn dəstəyi əsirgəməyəcəyini ifadə edib. Bundan əlavə BİRA İdarə Heyəti tək başına bu sığınacağı yaradan, orda yaşayan 32 nəfər insanı ərzaqla, geyimlə təmin edən “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinə hər kəsin dəstək olması üçün ictimaiyyətə müraciət ediblər.
Şərhlər